Əfqan Sadıqov həbs edildi

Paşinyan bu mandatından getdi, yerinə...


Ermənistanın Baş naziri Nikol Paşinyan deputat mandatından imtina edib

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni deputat Lena Nazaryan deyib. O, Paşinyanın yerinə Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü Alen Simonyanın gətiriləcəyini bildirib.

Nazaryan Baş nazirin müavini təyin edilən Ararat Mirzoyanın yerinə isə Qraç Akopyanın təyin ediləcəyini deyib.

Qeyd edək ki, Alen Simonyan Vətəndaş Müqaviləsi Partiyasının həmtəsisçilərindən biridir. O, “Ararat” media qrupun rəhbəridir.

Akopyan isə “Aykakan Jamanak” qəzetinin baş redaktoru Anna Akopyanın qardaşıdır. Anna Akopyan isə Paşinyanın həyat yoldaşıdır.

Bu dövrdə xəbər yoxdur.

Paşinyan bu mandatından getdi, yerinə... - Milliyol.az