Əfqan Sadıqov həbs edildi

Parlamentdə qadın deputatlar arasında saç-saça dava - VİDEO

Türkiyə Böyük Millət Məclisində qadın deputatlar arasında dava baş verib.
 
İclas zamanı AKP və HDP-li qadın millət vəkilləri arasındakı mübahisə daha da böyüyüb və dava düşüb. AKP-dən olan Gökçen Özdoğan HDP millət vəkillərinə sərt reaksiya verib. Bundan sonra digər deputat Leyla Birlik və Bürc Çelik saç-saça davaya girib.
 
Məclisdə Konstitusiya Dəyişiklik Təklifi ilə bağlı səsvermə zamanı baş verən davanın əsas səbəbi millət vəkili Aylin Nazlıakayın özünü kürsüyə qandallaması olub. 1,5 saatdan sonra kürsüyə müdaxilə edən AKP-li qadın millət vəkilləri mikrofonu sökərək aksiyaya son qoyub.(BAKU.WS)



MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Parlamentdə qadın deputatlar arasında saç-saça dava - VİDEO - Milliyol.az