Əfqan Sadıqov həbs edildi

Pakistanda silahlılarla toqquşmada 4 hərbçi həlak olub


Pakistanın təhlükəsizlik qüvvələrinin 4 hərbçisi Xayber Paxtunxva vilayətində terror hücumu hazırlayan silahlılarla qarşıdurmada ölüb

RİA "Novosti" xəbər verir ki, Pakistan Silahlı Qüvvələrini press-relizində terror fəaliyyətinin qarşısını almaq məqsədi ilə 1 zabitin və 3 əsgərin canlarını fəda etdiyi göstərilib.

Qeyd edək ki, xüsusi xidmət orqanları terrorçuların Timerqara şəhərinin Şerotkay bölgəsində gizləndiyi barədə məlumat aldıqdan sonra çərşənbə gününə keçən gecə hərbçilər təhlükəsizlik xidmətləri ilə birlikdə xüsusi əməliyyata başlayıb.

Silahlılar hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstəriblər. Onlardan biri özünü partladıb, digəri atışmada öldürülüb, başqa biri isə saxlanılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Pakistanda silahlılarla toqquşmada 4 hərbçi həlak olub - Milliyol.az