Əfqan Sadıqov həbs edildi

Pakistanda mitinqdə partlayış: 4 ölü, 31 yaralı


Pakistanda seçkiqabağı mitinq keçirilən ərazidə törədilən partlayış nəticəsində 4 nəfər ölüb, azı 31 nəfər yaralanıb

Hadisə ölkənin qərbində yerləşən Heybər-Paxtunxva əyalətinin Bannu şəhərində baş verib.

Partlayış "Müttəhid Məclis-e-Amal" Alyansının lideri Ahram Xan Durraninin tərəfdarlarının mitinq keçirdiyi ərazidə olub. O, iyulun 25-də keçiriləcək parlament seçkilərində namizəd olaraq, iştirak edir.

Hadisə yerinə 40-dan çox poliz əməkdaşı cəlb edilib.

Ahram Xan Durrani bildirib ki, bu ona qarşı 5 hücumdur: "Polis mənə hücum təhlükəsi barədə məlumat vermişdi. Bu hücum nəticəsində avtomobilim məhv olub". (report.az)

Bu dövrdə xəbər yoxdur.

Pakistanda mitinqdə partlayış: 4 ölü, 31 yaralı - Milliyol.az