Əfqan Sadıqov həbs edildi

Pakistanda keçmiş hərbçi dinc sakinləri atəşə tutdu


Pakistanın Pəncab vilayətində keçmiş hərbçi dinc sakinləri atəşə tutub

Trend-in məlumatına görə, insident nəticəsində azı 6 nəfərin öldüyü, daha 6 nəfərin isə yaralandığı bildirilir.

Məlumata görə, atəş açan 50 yaşlı Məhəmməd Səid heç bir səbəb olmadan kafedə əyləşənləri və yoldan keçənləri atəşə tutub. Bundan sonra həmin şəxs özünü güllələyərək intihar edib.

Bildirilir ki, həmin şəxs həyat yoldaşından boşandıqdan sonra ağır depressiya yaşayırmış.

Bu dövrdə xəbər yoxdur.

Pakistanda keçmiş hərbçi dinc sakinləri atəşə tutdu - Milliyol.az