“Onların sağ olduğuna inanmalıyıq”


Dekabrın 23-də itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir

Bu barədə lent.az-a "Gilavar" Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, axtarışlar alpinistlər tapılana qədər davam edəcək: "Onların tapılmasına ümidlərimiz böyükdür, hər 3-ü təcrübəli dağçıdır. Baburun üzərində 27 kq-lıq ruqzak olub, ola bilməz ki, bu sumkadan hansısa bir əşyanı biz tapmayaq. Bəzən saytlar uydurma xəbərlər verirlər, az qala onları diri-diri basdırılar. Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik".

Z. Qasımov bildirib ki, axtarışlar Mahmuddərə ərazisində davam edir. Hazırda axtarışlarda FHN-in 10 əməkdaşı və 10 nəfər idmançı iştirak edir. 

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu,Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib.
“Onların sağ olduğuna inanmalıyıq” - Milliyol.az