Əfqan Sadıqov həbs edildi

“Neftin hazırkı qiyməti sünidir və qəbuledilməzdir“



ABŞ prezidenti Donald Tramp nüftin hazırkı qiymətinin süni şəkildə yüksək olduğunu bildirib

APA-nın xəbərinə görə, D. Tramp bu barədə "Twitter"də yazıb. O bildirib ki, neftin qiyməti süni şəkildə yüksəkdir və belə bir vəziyyət yaxşı deyil: "Bu, qəbuledilməzdir".

D. Tramp niyə belə fikirdə olduğunu izah etməyib.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında OPEK+ formatında görüş keçirilir. Bu format çərçivəsində OPEK ölkələri və Rusiya neft hasilatını azaltmaq barədə razılığa gəliblər və bu qərar 2017-ci ilin yanvarından bəri qüvvədədir. 

MilliYol.Az

“Neftin hazırkı qiyməti sünidir və qəbuledilməzdir“ - Milliyol.az