Əfqan Sadıqov həbs edildi

Naftalanda sanatoriyada qadın güllələndi - Cinayət işi açıldı


Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub

Goranboy rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib. 

Sanatoriyanın işçisi Zeynalova Günay Gəray qızı Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Əli Hüseyn oğlu ilə mübahisə edib. Aralarında yaranan mübahisə nəticəsində Ə.Hüseynov özü ilə gəzdirdiyi tüfənglə G.Zeynalovanı güllələyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ə.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.
Naftalanda sanatoriyada qadın güllələndi - Cinayət işi açıldı - Milliyol.az