Əfqan Sadıqov həbs edildi

“Mükəmməl şərait yarandıqda mən istefa verəcəyəm” – Paşinyan


Ermənistandakı etiraz aksiyalarının lideri, “Yelk” (Çıxış) fraksiyasından baş nazir postuna namizədliyi təkrar irəli sürülən Nikol Paşinyan seçiləcəyi təqdirdə ölkədə milli həmrəylik hökuməti quracağını vəd edib

MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, N.Paşinyan qurulacaq yeni hökumətin tərkibinə dair bir neçə variantın olduğunu qeyd edib. Onun sözlərinə görə, seçim siyasi vəziyyətdən asılı olacaq: “Həqiqi demokratik, legitim və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl şərait yarandıqda mən istefa verəcəyəm”, – deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, Ermənistanda baş nazir seçkilərinin ikinci turu mayın 8-də keçiriləcək. Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir. Deputatlar baş naziri ikinci dəfə də seçə bilməsələr parlament avtomatik buraxılacaq.

MilliYol.Az
“Mükəmməl şərait yarandıqda mən istefa verəcəyəm” – Paşinyan - Milliyol.az