Əfqan Sadıqov həbs edildi

Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb



Rusiyanın Stavropol diyarı ərazisində 3 avtomobil toqquşub

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saatlarında Qafqaz federal magistralının hava limanına dönən istiqamətində baş verib.
 
Moskva-Bakı marşrutu üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus “Ford”  və “VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı mikroavtobusda 11 nəfər, “Ford”da 3 nəfər, “VAZ 2110” markalı avtomobildə isə 2 nəfər olub. Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 8-i Azərbaycan vətəndaşıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağır, digərlərinin durumu isə stabildir.
 
Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. 

MilliYol.Az
Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb - Milliyol.az