Moskva aeroportlarında 30-a yaxın aviareys gecikib


Moskvada (Rusiya) dünəndən müşahidə edilən küləkli hava şəhərin aeroportlarında aviareyslərin gecikməsi ilə nəticələnib

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Domodedova hava limanında 2 reys yubanıb, 13 reys isə ləğv edilib. Şeremetova hava limanında isə 3 reys ləğv olunub. Moskvanın Vnukova hava limanında isə 2 reys yubanıb, 14 reys isə ləğv edilib.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə "Report"a bildirib ki, Bakıdan Rusiya paytaxtına uçuşlar normal yerinə yetirilir.
Moskva aeroportlarında 30-a yaxın aviareys gecikib - Milliyol.az