Moldovanın paytaxtında partlayış: 2 ölü, 2 yaralı


Moldovanın paytaxtı Kişineu şəhərinin mərkəzində partlayış verib

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi açıqlama verib. 

Ərzaq dükanında baş verən partlayış zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb. 

Yerli KİV-lərin verdiyi məlumata görə, mağazada əl qumbarası partlayıb. 

Polis ərazini nəzarətə götürüb.
Moldovanın paytaxtında partlayış: 2 ölü, 2 yaralı - Milliyol.az