Əfqan Sadıqov həbs edildi

MKİ Barselonadakı terakt barədə 2 ay əvvəl xəbər veribmiş!


MilliYol.AZ AzPolitika.info-ya istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Barselonadakı terror aktı barədə 2 ay əvvəl İspaniya hakimiyyətinə xəbərdarlıq edibmiş

Uyğun informasiya Kataloniya polisinə ötürülübmüş. Terror nəticəsində 13 nəfərin həlak olduğu Rambla küçəsinin adı MKİ-nin məlumatında «ehtimal olunan hədəf» kimi göstərilibmiş. Bu barədə «Periodico» nəşri yazıb.

Bundan başqa, 2 həftə əvvəl «Tvitter»də terrorçu «İD» qruplaşması ilə əlaqəli akkauntların birində İspaniyada tezliklə hücum olacağı barədə xəbər də yer alıbmış. Xəbərdə bu ölkə «əl-Əndəlus» adlandırılıb – müsəlmanların hökmranlığı dövründə olduğu kimi.

«Biz, əl-Əndəlusda cihad edəcəyik və öz torpağımızı geri qaytaracağıq» – deyə, xəbərdə bildirilir.

Xəbər verildiyi kimi, burada törədilmiş terrora görə «İslam dövləti» qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

MKİ Barselonadakı terakt barədə 2 ay əvvəl xəbər veribmiş! - Milliyol.az