Əfqan Sadıqov həbs edildi

Misirdə kilsələr partladıldı: çox sayda ölü və yaralı var - FOTO/VİDEO

Bu gün Misirdə ardıcıl partlayışlar baş verib. MilliYol.Az xəbər verir ki, ilk partalyış Tanta şəhərindəki Mar-Qirqis kilsəsi yaxınlığında, ardınca isə kilsənin içərisində törədilib.

Bu partlayışlar zamanı 30 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. 

Daha sonra Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında partlayış olub. Misir KİV-ləri partlayış nəticəsində 1 polisin öldüyü barədə məlumat yayıb. 

Bir qədər əvvəl isə Misirin ikinci böyük şəhər İsgəndəriyyədə kilsənin yanında partlayış törədilib. Nəticədə 6 nəfər həlak olub, 40-dan artıq insan yaralanıb.

Bu arada "Al-Vatan" qəzeti kilsədə partlayış nəticəsində 8 nəfərin öldüyünü yazıb. Həlak olanlardan 3-ü polis əməkdaşıdır. Onların arasında İsgəndəriyyə Cinayət Axtarış İdarəsinin rəisi də var. 

İlkin məlumatlara görə, partlayışı intiharçı-terrorçu həyata keçirib. Misir KİV-lərinin məlumata görə, partlayış zamanı patriarx İkinci Teodor kilsəsində olub, amma o, xəsarət almayıb.


 


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Misirdə kilsələr partladıldı: çox sayda ölü və yaralı var - FOTO/VİDEO - Milliyol.az