Əfqan Sadıqov həbs edildi

Minskdə Qarabağı müzakirə etdilər


Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb

Virtualaz.org bildirir ki, bu barədə Belarus XİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi nazirə münaqişə zonasındakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdikləri səylər barədə məlumat veriblər.

Görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyəti, eləcə də Belarusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mümkün töhfəsi müzakirə olunub.