Mingəçevirdə sərnişin avtobusu aşdı: 5 yaralı


Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var

Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. Xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir. (report.az)
Mingəçevirdə sərnişin avtobusu aşdı: 5 yaralı - Milliyol.az