Əfqan Sadıqov həbs edildi

Məşhur jurnalist qətlə yetirildi - FOTOLAR

Ukraynada məşhur jurnalist qətlə yetirilib. MilliYol.Az yerli mediaya istinadən xəbər verir ki, Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub.

Olay bu gün yerli vaxtla 07.45-də baş verib. Jurnalist çalışdığı "Radio Vesti"yə gedərkən yolda avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nın rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.

Qeyd edək ki, P. Şeremet 5 il əvvəl Ukraynaya köçüb. Buna qədər isə o, Rusiyanın “1-ci kanal”ında həftəlik analitik proqram “Vremya”nın aparıcısı, daha sonra “Oqonyok” jurnalının redaktoru olub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Məşhur jurnalist qətlə yetirildi - FOTOLAR - Milliyol.az