Əfqan Sadıqov həbs edildi

Mənzillərin kirayəsi bu il ərzində ilk dəfə ucuzlaşmağa başlayıb - Rəsmi


Azərbaycanda mənzillərin kirayə haqqı 2018-ci ilin əvvəlindən ilk dəfə olaraq aprel ayı ərzində ucuzlaşıb

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Aprel ayı ərzində mənzillərin kirayə haqqında əvvəlki ayla müqayisədə cəmi 0,2% azalma qeydə alınıb.

Xatırladaq ki, yanvarda mənzil kirayəsində 0,1% bahalaşma olub, daha sonrakı iki ayda isə qiymət sabit qalıb.

Rəsmi statistikaya əsasən, apreldə mənzillərin orta aylıq kirayə haqqı 95,2 manat təşkil edib.
Mənzillərin kirayəsi bu il ərzində ilk dəfə ucuzlaşmağa başlayıb - Rəsmi - Milliyol.az