Əfqan Sadıqov həbs edildi

Məktəbli qıza təcavüz edən şəxs azadlığa buraxıldı: “Həzz ala bilməyib”

Meksikada məhkəmə məktəbli qız uşağını qaçırıb təcavüz edən bir gənci cinsi həzz almadığı üçün sərbəst buraxıb.

A24.az “The Guardian”-a istinadla xəbər verir ki, 21 yaşlı Dieqo Kruz Verakruz şəhərinin aparıcı ailələrinə mənsub dörd nəfərlik bir qrupun üzvü olub.

Dostlar sinif yoldaşlarını  2015-ci il yanvarın 1-də də  yeni il partiyasından çıxarkən qaçırıblar.

Hadisədən sonra İspaniyaya qaçan və daha sonra Meksikaya ekstradisiya edilən Kruzun sərbəst buraxılması insan haqlarını müdafiə edən fəalların reaksiyasına səbəb olub.

Hakim Anuar Gonzalez dünən ictimaiyyətə açıqlama verərək Kruzun məktəbli qıza qarşı cinsi məqsədlə toxunmadığını, sadəcə müəyyən hərəkətlər etdiyini və həzz duymadığını əsas gətirərək sərbəst buraxıldığını qeyd edib.

Gender məsələləri üzrə mütəxəssis Estefania Vele Barba isə  reaksiyasını “Ona cinsi mənada toxundu, amma həzz duymadı. Bu cinsi təcavüz deyil? –deyə, qeyd edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Məktəbli qıza təcavüz edən şəxs azadlığa buraxıldı: “Həzz ala bilməyib” - Milliyol.az