MDB xüsusi xidmət orqanlarının rəhbərləri Moskvaya toplaşır –Terrorizm müzakirə olunacaq




Dekabrın 19-20-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının 43-cü iclası keçiriləcək

"Report" xəbər verir ki, iclasda iştirakçılar 15 məsələyə, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlığın müxtəlif aspektlərinə baxacaq, "Sipər-2017" xüsusi taktiki təlimlərin yekununu vuracaq, yeni birgə antiterror əməliyyatlarının keçirilməsi barədə razılığa gələcəklər.

Bundan əlavə, görüşdə MDB Antiterror Mərkəzinin 2018-ci il üçün planlaşdırılan fəaliyyəti, təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının işinin səmərəliliyinin artırılması və növbəti il üçün iş planı müzakirə ediləcək.

Qeyd edək ki, bu Şura 1997-ci ildə yaradılıb. Onun əsas vəzifəsi beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində və xüsusi xidmət orqanlarının fəaliyyətinin razılaşdırılmış digər sferalarında səmərəli əməkdaşlığı təmin etməkdir.

 

MilliYol.Az
MDB xüsusi xidmət orqanlarının rəhbərləri Moskvaya toplaşır –Terrorizm müzakirə olunacaq - Milliyol.az