Əfqan Sadıqov həbs edildi

Mançesterdə silahlı insident nəticəsində 10 nəfər yaralanıb


Böyük Britaniyanın Mançester şəhərində atışma baş verib
“Report” xəbər verir ki, yerli polisin məlumatına görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

"Sky"ın məlumatına görə, hadisə avqustun 12-nə keçən gecə Moss-Sayd rayonunda qeydə alınıb. Hadisədən bir neçə saat əvvəl ərazidə karnaval keçirilib, ona görə orada çoxlu adam olub.

Yaralıların hansı vəziyyətdə olduğu hələ ki, məlum deyil. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları işləyirlər.

Bu dövrdə xəbər yoxdur.

Mançesterdə silahlı insident nəticəsində 10 nəfər yaralanıb - Milliyol.az