İtaliyanın Bari şəhərində yerli polisin mafiyaya qarşı keçirdiyi əməliyyat nəticəsində 25 nəfər saxlanılıb
Trend-in məlumatına görə, əməliyyat iki klana qarşı keçirilib.
Saxlanılan şəxslər narkotik vasitələrin ticarətində, qanunsuz silah saxlamaqda ittiham olunub.
Bundan başqa, onlara qarşı rəqib klan mənsublarının qətlinə təşəbbüs ittihamları irəli sürülüb.


































