Əfqan Sadıqov həbs edildi

Maduro Tramp haqqında qeyri-etik ifadə işlətdi


Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampa qarşı qeyri-etik ifadələr səsləndirib

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

Venesuelada Müəssislər Məclisinə keçirilən seçki nəticələrinin açıqlanmasından sonra mitinqdə tərəfdaşları qarşısında çıxış edən Nikolas Maduro Donald Trampın ünvanına “lənətə gəlsin” ifadəsini işlədib:

“Lənətə gəlsin, niyə Donald Trampın nə deyəcəyi bizim üçün maraqlı olmalıdır? Bizim üçün Venesuela xalqının dedikləri önəmlidir. Burada Donald Tramp qərar vermir”.

Xatırladaq ki, Müəssislər Məclisinə keçirilən seçkidə 8 milyondan çox seçici, başqa sözlə, səsvermə hüququ olanların təxminən 41.53 faizi iştirak edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Maduro Tramp haqqında qeyri-etik ifadə işlətdi - Milliyol.az