Əfqan Sadıqov həbs edildi

Maduro: ABŞ Venesuela-Kolumbiya sərhədində təxribat hazırlayır


Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ABŞ Venesuela-Kolumbiya sərhədində təxribat hazırlayır

Venesuela lideri qeyd edib ki, ABŞ-ın adı çəkilən iki ölkə arasında silahlı münaqişə yaratmaq niyyəti var.

O deyib: "Dəfələrlə demişəm, yenə deyirəm. ABŞ Venesuela və Kolumbiya arasında silahlı münaqişə yaratmaq üçün sərhəddə təxribat hazırlayır".

N.Maduro bununla əlaqədar hərbçiləri diqqətli və ayıq-sayıq olmağa çağırıb.

Bu dövrdə xəbər yoxdur.

Maduro: ABŞ Venesuela-Kolumbiya sərhədində təxribat hazırlayır - Milliyol.az