Əfqan Sadıqov həbs edildi

Londonda çoxmərtəbəli binada yanğın söndürülüb, azı 6 nəfər ölüb


Londonda çoxmərtəbəli binada saatlarla davam edən yanğın söndürülüb

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şəhər polisi 24 mərtəbəli binadakı yanğın nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb. Amma ölü sayının artması ehtimal olunur. 

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər binada xeyli insan cəsədinin olduğunu bildiriblər. Yanğınsöndürənlər yanğının tam nəzarət altına alındığını, binanın çökmə təhlükəsinin olmadığını açıqlayıblar. 
 
Bələdiyyəyə məxsus sosial binada müxtəlif ölkələrdən gələn şəxslərin yaşadığı müəyyənləşib. Hadisə zamanı binada Türkiyə vətəndaşlarının da olduğu bildirilir. İlkin məlumata əsasən, binada ümumilikdə 400 nəfər yaşayırmış. Orada yaşadığı müəyyənləşən xeyli insandan xəbər almaq mümkün olmayıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Londonda çoxmərtəbəli binada yanğın söndürülüb, azı 6 nəfər ölüb - Milliyol.az