lənkəranda doğum evində baş verən körpə ölümünün ilkin səbəbi açıqlanıb
Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova APA-ya bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya daxil olanda yüksək təzyiqi olub: “Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara perinatal mərkəzdə hər cür yardım edilib, ancaq onlar həm yarımçıq olduğundan, həm də ana bətnində infeksiyaya yoluxduqlarından tələf olublar”.
MilliYol.Az

































