Lənkəranda minik və yük maşınlarının toqquşması nəticəsində üç nəfər xəsarət alıb


Lənkəranda yol qəzası olub

APA-nın cənub bürosunun məlumatına görə, "VAZ 2107" markalı minik və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az
Lənkəranda minik və yük maşınlarının toqquşması nəticəsində üç nəfər xəsarət alıb - Milliyol.az