Əli Ərdaşir Laricani yenidən İran parlamentinin spikeri vəzifəsinə seçilib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İran Məclisinin bugünkü açıq sessiyasında iştirak edən 279 deputatdan 147-si onun sədrliyinin lehinə səs verib.
Laricani rəqibi Məhəmməd Rza Arifə cüzi fərqlə qalib gəlib. Belə ki, Rza Arif 123 deputatın səsini toplaya bilib.
Qeyd edək ki, Əli Ərdaşir Laricani 2008-ci ildən bu günədək İran parlamentinin sədridir. O, İranın ali dini lideri Ayətulla Xameneyinin Milli Təhlükəsizlik üzrə İran Ali Şurasındakı nümayəndəsi, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh şəxs olub.



































