KİV: İŞİD lideri Əl-Bağdadi İraqdan Suriyaya qaçıb


İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi hazırda Suriya ərazisindədir

APA-nın xəbərinə görə, bu barədə Misirin “Addustour” qəzeti İraq kəşfiyyatındakı mənbələrə istinadən məlumat verib.
 
Məlumata əsasən, noyabrın 4-də Əl-Bağdadi İraqın Rava rayonunu (Ənbər əyaləti) tərk edərək taksi avtomaşını ilə  Suriyaya yollanıb. Onun hazırda Deyr ez-Zor şəhəri ətrafında olduğu bildirilir. 

MilliYol.Az
KİV: İŞİD lideri Əl-Bağdadi İraqdan Suriyaya qaçıb - Milliyol.az