Əfqan Sadıqov həbs edildi

Keniyada daşqınlar 70 nəfərin həyatına son qoyub


Keniyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 70 nəfər həyatını itirib

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında bildirilir.

Məlumata əsasən, martın sonundan etibarən bölgədə şiddətli yağıntılar səngimək bilmir. 200 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Ölkədə bir çox ev, təsərrüfatlar, yol və digər infrastruktur obyektləri su altında qalıb. (apa)
Keniyada daşqınlar 70 nəfərin həyatına son qoyub - Milliyol.az