Əfqan Sadıqov həbs edildi

Kaliforniyada meşə yanğınları tüğyan edir


Bazar günü gecə saatlarında bir yanğınsöndürənin ölümünə səbəb olan və 1600 hektar sahəni əhatə edən güclü yanğın Yosemeti Milli Parkına gedən əsas yolu kəsib

Kaliforniyanın Mariposa mahalında cümə günü başlayan yanğın milli parkın qərbi hissəsində 16 km sahə boyunca irəliləyib.

Rəsmilər yaxınlıqdakı yaşayış məntqələrinin sakinlərinə evlərini tərk etmələri barədə xəbərdarlıq edib.

Turist mövsümü olmasına baxmayaraq, şənbə günü Yosemeti Cedar Lodge-da istirahət edən turistlərin də ərazini tərk etmələrinə göstəriş verilib.

Yanğınsöndürənlərdən biri şənbə günü, alovun yaxınlıqdakı yaşayış məntəqəsinə yayılmaması üçün xəndək qazmağa çalışarkən ölüb ("Amerikanın səsi").

 

Bu dövrdə xəbər yoxdur.