İtaliyadakı limanlardan birində partlayış baş verib, xəsarət alanlar var


İtaliyanın Livorno şəhərinin limanında partlayış baş verib

Bu barədə "Report" "Ria Novosti"yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, limanda sistern partlayıb və nəticədə bir neçə fəhlə xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub.

Tezalışan mayelərin saxlandığı zonada yaşayan insanlar təxliyyə edilib.
İtaliyadakı limanlardan birində partlayış baş verib, xəsarət alanlar var - Milliyol.az