Əfqan Sadıqov həbs edildi

İstanbulda yollar bağlandı, 207 nəfər saxlanıldı - Video

İstanbul polisi bu gün Taksim meydanında icazəsiz 1 May nümayişi keçirmək istəyən 200-dən çox şəxsi saxlayıb

İstanbul valiliyindən ümumilikdə 207 nəfərin saxlanıldığını bildiriblər.

Polis nümayişçilərdən 40 "Molotov kokteyli", 17 əl qumbarası, 176 taraqqa və bir neçə plakat götürüb.

***

İstanbulun Beşiktaş meydanında toplaşan Xalqın Qurtuluş Partiyasının üzvləri Taksim meydanına yürüş etmək istəyiblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, polisin xəbərdarlığına məhəl qoymayan nümayiş iştirakçılarından 20 nəfər saxlanılıb.

***

1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar olaraq, İstanbulda bir sıra bərə səfərləri, metro stansiyaları, bəzi avtomobil yolları, o cümlədən Taksim meydanına gedən yollar bağlanıb.

Səhər saatlarında Taksimdə əllərində plakat tutaraq şüarlar səsləndirən 2 qadın saxlanılıb.

Hazırda şəhərin bir çox istiqamətlərində 1 May münasibətilə gözlənilən yürüşlərə görə polis təhlükəsizlik tədbirlərini gücləndirib.(Trend)

İstanbulda yollar bağlandı, Taksimdə saxlanılanlar var

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İstanbulda yollar bağlandı, 207 nəfər saxlanıldı - Video - Milliyol.az