İstanbulda İŞİD-in 14 üzvü saxlanıldı


İstanbul polisinin keçirdiyi son antiterror əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 14 üzvü saxlanılıb

Trend-in məlumatına görə, bu barədə bu gün İstanbul Polis İdarəsi məlumat yayıb.

Bildirilir ki, əməliyyat İstanbulun 9 rayonunda aparılıb. Əməliyyatın hazırda da davam etdiyi qeyd edilir.

Məlumata əsasən, saxlanılanlar İraq, Suriya və Yəməndə döyüşlərdə aktiv iştirak etmiş şəxslərdir.
İstanbulda İŞİD-in 14 üzvü saxlanıldı - Milliyol.az