Əfqan Sadıqov həbs edildi

İsrail hərbçiləri 22 fələstinlini həbs etdi


İsrail hərbçiləri 22 fələstinlini terrorçuluq fəaliyyətində ittiham edərək həbs edib

Trend-in məlumatına görə, həbslər İordan çayının Qərb sahilində keçirilən reydlər çərçivəsində aparılıb.

Həbs olunan fələstinlilərdən silah və hərbi texnika götürülüb.

Həbs olunanlar bu gün əks-kəşfiyyat idarəsində sorğu-sual ediləcək.

Qeyd edək ki, 2015-ci ilin sentyabrından regionda vəziyyət gərginləşib. 2017-ci ilin sentyabrında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi vəziyyəti bir qədər də mürəkkəbləşdirib.

MilliYol.Az
İsrail hərbçiləri 22 fələstinlini həbs etdi - Milliyol.az