Əfqan Sadıqov həbs edildi

İspaniyada konsert zamanı faciə: 130 yaralı


İspaniyanın Viqo şəhərində konsert zamanı taxta konstruksiyanın uçulması nəticəsində təxminən 130 adam xəsarət alıb
Qəza axşam saatlarında "O Marisquiño" festivalı çərçivəsində keçirilən konsert zamanı baş verib.

Taxta platforma konsert iştirakçılarının ağırlığına dözməyib və səhnə dənizə aşıb. Bir çoxlarının suya düşdüyü bildirilir.

Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib. 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı polis tərəfindən araşdırmalar başlayıb. (trend)

Bu dövrdə xəbər yoxdur.

İspaniyada konsert zamanı faciə: 130 yaralı - Milliyol.az