İŞİD terror qruplaşması şənbə günü Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
MilliYol.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə terror qruplaşmasının mətbu orqanı olan “Amaq”ın açıqlamasında məlumat verilir.
Xatırladaq ki, srağagün gecə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb.
London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.
MilliYol.Az



































