Əfqan Sadıqov həbs edildi

İrəvanda silahlı insident olub, ölən və yaralanan var


İrəvanda silahlı insident olub

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan İstintaq Komitəsi dünən baş vermiş atışmada iştirak edən şəxsləri və avtomobili müəyyənləşdirib.
 
Hadisə ilə əlaqədar 3 nəfər axtarışa verilib.
 
Atışma zamanı 1974-cü il təvəllüdlü Qaqik Mosinyan öldürülüb, 1978-cü il təvəllüdlü Vaaqn Abqaryan isə yaralanıb. İlkin məlumatlara əsasən, cinayətkarlar adıçəkilən şəxslərə hoteldən çıxan zaman atəş açıblar. Mosinyan hadisə yerində ölüb, Abqaryan isə xəstəxanaya çatdırılıb.
 
“Exit” partiyasının üzvü Nikol Paşinyan bu gün keçirilən brifinqdə deyib ki, hadisə hakim Respublika Partiyası daxilində nüfuz savaşı ilə bağlıdır. Onun sözlərinə görə, mübahisə edən tərəflər hakim partiyaya parlament seçkilərində səslərin qazanılmasına kömək ediblər.
 
N. Paşinyan qeyd edib ki, istintaq atəş açan şəxslərin Alaverdi bələdiyyəsinin sabiq başçısı Artur Nalbandyanla əlaqələrinin olub-olmamasını araşdırmalıdır.

MilliYol.Az
İrəvanda silahlı insident olub, ölən və yaralanan var - Milliyol.az