Əfqan Sadıqov həbs edildi

İrəvanda müxalifət parlament binasının blokadasına çağırıb


“Elk” fraksiyasının lideri Nikol Paşinyan etirazçıları Ermənistan parlamentin binasına aparan bütün giriş və çıxışları bağlamağa çağırıb

APA-nın “Sputnik-Armeniya”ya istinadla verdiyi xəbərə görə, bu barədə N.Paşinyan Fransa meydanında keçirilən mitinqdə deyib.

O, aksiyanın daha irimiqyaslı şəkildə keçirilməsi üçün şəhər və kəndlərdə əsas avtomobil yollarını bağlamağa çağırıb.

Qeyd edək ki, Yerevan şəhərində keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb. Onlardan 6-nın polis əməkdaşı olduğu bildirilir.
İrəvanda müxalifət parlament binasının blokadasına çağırıb - Milliyol.az