İraq ordusu İŞİD-in son qalasına daxil oldu


İraqda hakimiyyət qüvvələri İŞİD-in son qalası hesab olunan Ənbar vilayətinin strateji cəhətdən ən vacib bölgəsi Qaim şəhərinə daxil olub

Axar.az xəbər verir ki, bu barədə “Bağdad Post” informasiya yayıb.

İraq ordusuna ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyası dəstək verib.

Qeyd edək ki, İraqın Baş naziri Heydər Abadi Ənbar vilayətinin Qaim bölgəsini İŞİD-dən azad etmək üçün əməliyyatlara başladıqlarını açıqlamışdı.

MilliYol.Az
İraq ordusu İŞİD-in son qalasına daxil oldu - Milliyol.az