Əfqan Sadıqov həbs edildi

“İranla münaqişədə NATO İsraili dəstəkləməyəcək” – Stoltenberq


İranla hərbi münaqişədə NATO İsrailə dəstək verməyəcək. APA-nın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Der Spiegel” nəşrinə müsahibəsində bildirib

“NATO İsrailə təhlükəsizlik zəmanəti verə bilmir, çünki bu ölkə təşkilatın üzvü deyil. Baxmayaraq ki, İsrail Alyansın tərəfdaşıdır”, – deyə baş katib bildirib.

Yens Stoltenberq həmçinin NATO-nun Yaxın Şərq münaqişəsinin nizamlanması prosesində iştirak etmədiyini qeyd edib: “Bu bizim işimiz deyil”.

Baş katib, NATO-ya üzv olan ölkələr arasında İranla bağlanmış nüvə sazişinə dair fikir ayrılıqlarının olduğunu etiraf edib: “Təşkilatın bütün üzvləri regionda gərginliyə səbəb olan İranın raket proqramından və Tehranın terrorçu qruplaşmalara dəstək verməsindən narahatdır”.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“İranla münaqişədə NATO İsraili dəstəkləməyəcək” – Stoltenberq - Milliyol.az