Əfqan Sadıqov həbs edildi

İranın xarici işlər naziri Rusiya, Çin və Belçikaya gedir


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 14-də Ruisiyaya səfər edəcək

“Report” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla ABŞ-ın İranın nüvə sazişindən çıxması məsələsini müzakirə edəcək.

M.C.Zərif mayın 12-də Çinə gedəcək, mayın 15-də isə Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı ölkələrinin ABŞ-ın İranın nüvə sazişindən çıxması məsələsini müzakirə edəcəkləri toplantıya qatılacaq.

Qeyd edək ki, mayın 9-da ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın nüvə sazişindən çıxdığını açıqlayıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İranın xarici işlər naziri Rusiya, Çin və Belçikaya gedir - Milliyol.az