İranın da hərbi gəmiləri Bakıya gəldi


Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 25-də Bakıya gəliblər

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib.

MilliYol.Az