Əfqan Sadıqov həbs edildi

İranda terakt əmrini verən şəxs öldürüldü

Bir neçə gün əvvəl İranda törədilən terakt əmrini verən şəxs öldürülüb.

MilliYol.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın təhlükəsizlik naziri Mahmud Ələvi dövlət televiziyasında çıxışı zamanı bildirib.

Nazir həmçinin son üç ayda 25-ə yaxın terrorçunun müəyyən edilərək zərərsizləşdirildiyini, Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehranda İŞİD üzvü olan 41 nəfərin isə həbs olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, iyunun 7-də İran parlamentinə edilən hücum və Xumeyni türbəsində törədilən partlayış nəticəsində 5-i terrorçu olmaqla 22 nəfər ölmüş, 52 nəfər isə yaralanmışdı. Terroru İŞİD qruplaşması öz üzərinə götürmüşdü.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İranda terakt əmrini verən şəxs öldürüldü - Milliyol.az