Əfqan Sadıqov həbs edildi

İranda gün ərzində daha üç zəlzələ oldu: 20 nəfər xəsarət alıb


Bu gün İranın qərbində də 5,9 maqnitudalı zəlzələ baş verib

APA-nın verdiyi məlumata görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 (bəzi məlumatlara görə-26) nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İranda gün ərzində daha üç zəlzələ oldu: 20 nəfər xəsarət alıb - Milliyol.az