Əfqan Sadıqov həbs edildi

İranda baş vermiş zəlzələdə xəsarət alanların sayı 133-ə çatıb


İranın cənub-qərbində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 133-ə çatıb

“Russia Today” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi Kohgiluyə və Buyer Əhməd ostanının Təcili Tibbi Yardım Mərkəzinin rəhbərinə istinadən məlumat verib.

Mərkəz rəhbərinin sözlərinə görə, xəsarət alanlardan 32 nəfər xəstəxanaya yerləşdirilib.

Daha əvvəl 105 nəfərin xəsarət aldığı bildirilirdi.

Xatırladaq ki, İran ərazisində maqnitudası 5,2 olan zəlzələ mayın 2-də baş verib.


MilliYol.Az
İranda baş vermiş zəlzələdə xəsarət alanların sayı 133-ə çatıb - Milliyol.az