Əfqan Sadıqov həbs edildi

İranda 5,6 bal gücündə zəlzələ –Xəsarət alanların sayı 76-ya çatıb


İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb

Trend-in məlumatına görə, onlardan bəzilərinə yerindəcə tibbi yardım göstərilib.

Məlumatlara görə, infrastruktur və elektrik təsərrüfatına ciddi maddi ziyan dəyib.

Qeyd edək ki,  İranın cənub-qərbində – Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt şəhərində 5,3 bal gücündə zəlzələ olub. Zəlzələ İran vaxtı ilə 8.38-də qeydə alınıb.

Yerin 8 km dərinliyində baş verən zəlzələ nəticəsində bəzi yerlərdə elektrik verilişi dayanıb, binalarda çatlar əmələ gəlib.

MilliYol.Az
İranda 5,6 bal gücündə zəlzələ –Xəsarət alanların sayı 76-ya çatıb - Milliyol.az