Əfqan Sadıqov həbs edildi

İran Xəzərdə hərbi təlimə başlayıb


İranın Hərbi Dəniz Donanması Xəzərdə “Güc və sabit təhlükəsizlik-96” kodu adı altında hərbi təlimə başlayıb

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu Şimal Donanmasının və İran Hərbi Dəniz Qüvvələri 4-cü zonasının komandanı Əhmədrza Baqiri bildirib.

“Birinci mərhələ cari ilin mart ayında keçirilib. Təlimin beşinci və sonuncu mərhələsi 2017-ci ilin avqustunda keçiriləcək və Xəzərdə 88 min kv. metr ərazini əhatə edəcək”, – deyə Əhmədrza Baqiri vurğulayıb.

Onun sözlərinə görə, təlim zamanı yeni hərbi qurğu və silahlar, o cümlədən “Sahil-dəniz” tipindən olan raket-kosmik sistemindən istifadə planlaşdırılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İran Xəzərdə hərbi təlimə başlayıb - Milliyol.az