Əfqan Sadıqov həbs edildi

İqor Dodon Azərbaycan səfirini qəbul edib


Moldova prezidenti İqor Dodon Azərbaycan səfiri Qüdsi Osmanovla görüşüb

İ.Dodon özünün “Facebook” səhifəsində yazıb ki, tərəflər ikitərəfli əlaqələr, ticarət dövriyyəsi, həmçinin Azərbaycan hökumətinin Qaqauz muxtariyyətində həyata keçirdiyi sosial proqramlar barədə bir sıra məsələləri müzakirə ediblər.

İ.Dodon bütün səviyyələrdə ikitərəfli əlaqələrin intensivləşdirildiyini bildirib və qarşılıqlı maraq doğuran sahələrdə ölkələr arasında əməkdaşlığın davamlı inkişafını dəstəklədiyini qeyd edib.

MilliYol.Az
İqor Dodon Azərbaycan səfirini qəbul edib - Milliyol.az