Əfqan Sadıqov həbs edildi

Hindistanda azı 10 nəfər sel sularının qurbanı olub


Hindistanın Teliqana və Andxra-Pradeş ştatlarında leysan yağışları ciddi fəsadlara yol açıb

Trend-in məlumatına görə, azı 10 nəfər sel sularının qurbanı olduğu bildirilib.

Məlumata görə, güclü yağışdan sonra bir neçə yaşayış məntəqəsini su basıb, eləcə də düyü zəmiləri suyun altında qalıb. Güclü küləyin isə ağacları və elektrik dirəklərini dibindən qopararq aşırdığı bildirilir.

Qeyd edək ki, Hindistanın şimalında qasırğa nəticəsində ölənlərin sayı 130 nəfərə çatıb.

MilliYol.Az
Hindistanda azı 10 nəfər sel sularının qurbanı olub - Milliyol.az